18 may səhər saat 5-də, Xalq Cəbhəsinin batalyonu adlanan 2-ci batalyonun qüvvələriylə Laçına doğru hərəkət etməyə başladıq…
Hələ may ayının 17-sində fərarilik edib Bakı istiqamətinə üz tutan briqada komandiri p-nk l-nt Elbrus Orucov(hazırda generaldı) tərəfimizdən Qubadlının giriş çıxışına qoyulmuş hərbi nəzarət postlarından birində-Zilanlı postunda saxlanılıb geriyə- Xalq Cəbhəsinin batalyonuna qaytarılmışdı.Orucov, ” komandir hara gedirdiniz” sualıma ” mənə heç kim tabe olmur” deyə cavab verdi.Onun bu bəhanəsinə “Xalq Cəbhəsinin batalyonu, 2-ci batalyon əmrinizdədir” deyə cavablandırdım.E.Orucovu əməliyyata başçılıq etməyə,19 may səhər saat 5-də,Laçına doğru geri qaytmağa məcbur etdik və boşalmış Laçın ərazisində 45 km irəliləyərək Laçının 2 km-liyinə kimi- Tikanlı zəmiyə qədər getdik. Artıq Laçın şəhəri yanırdı.İrəli getmək təkidimi,briqada k-diri E.Orucovla MN əməliyyat idarəsinin rəisi p-nk Rüfət Əmirov müzakirə edərək mənə ” sənin əmrlərinə tabeyik”(?!) (mən batalyon komandirinin müavini idim))…) Məsuliyyətdən qaçmaqları ilə razılaşmasam da,irəli getməkdə bütün verilən əmr və göstərişlərin batalyonun şəxsi heyyəti tərəfindən yerinə yetirilməsinə bir mənalı tabe olunmasının təminatçısıyam dedim və şəxsi heyyəti təlimatlandırmağa başladım…Aradan 15-20 dəqiqə keçmişdi, Qubadlı kəşviyyatının uşaqları məni mühasirəyə alıb, ” Səni vurmaq istəyənlər var komandir” deyərək , Elçinin idarə etdiyi URAL markalı maşına əyləşməyimi yalvarıcı tərzdə xahiş etdilər…Ətrafı gözdən keçirəndə gördüm ki, artıq nə Orucov, nə də Əmirov gözə dəymir . xəbər verdilər ki, hər ikisi Qubadlı istiqamətinə getdilər….və …….uzun söhbətdi…
Lakin, Laçına getmək hər günümüzün tələbidir..!





MUASİRMEDİA.AZ
AYDIN ŞÜKÜROV
AYDIN ŞÜKÜROV