Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəisi Elşad Məmmədli saxlanılıb

Hadisə

Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəisi Elşad Məmmədli ilə Dövlət Yol Patrul Xidməti əməkdaşları arasında mübahisə yaranıb.

Hadisəyə  səbəb Elşad Məmmədlinin sərxoş vəziyyətdə sükan arxasında olması və kobud qayda pozuntusu törətməsi olub.

Belə ki, xidməti avtomobilində sükan arxasında olan idarə rəisi sayrışan işıqları yandıraraq, təhlükəli manevrlər edib.

YPX-nin diqqətini çəkən bu hala görə ona saxlamaq işarəsi verilsə də Məmmədli tabesizlik göstərib. YPX əməkdaşlarının təqibindın sonra dayandırılan Elşad Məmmədli bu dəfə onlarla mübahisə edib və özünün toxunulmaz şəxs olduğunu bildirib.

Yaranmış vəziyyət Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruzə olunub. Elşad Məmmədli yeni ədliyyə nazirinin yaxın dostu kimi tanınır. Görünür, bu səbəbdəndir ki, nazirlikdə onun bu hərəkəti barədə hüquqi ölçü götürülməyib.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir