Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq keçirilib-FOTO

Təhsil
VI sinif üzrə 4725 şagird monitorinqdə iştirak edib.
 18 may tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq keçirilib.
 Monitorinq tədris dili, riyaziyyat və təbiət fənləri üzrə aparılıb. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
 Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir