Orta Asiyanın Avropaya inteqrasiya yolu Cənubi Qafqazdan, ən əsas Azərbaycandan keçi

Dünya
Orta Asiyanın Avropaya inteqrasiya yolu Cənubi Qafqazdan, ən əsas Azərbaycandan keçir və Orta Asiyanın Avropaya inteqrasiyası Avropa üçün çox maraqlıdır. Bu səbəbdən Avropa milyardlar xərcləyir. Ən əsas məsələ odur ki, Cənubi Qafqaz demokratikləşməsə, Orta Asiya da Avropaya inteqrasiya edə bilməz. Bir sözlə, tezliklə Cənubi Qafqaza, daha sonra Orta Asiyaya demokratiya gələcək. Bu sözləri ona görə əminliklə yazıram ki, bu prosesin illərdir qabağını alan Rusiya artıq öz hayındadır, İranda həmçinin. O ki qaldı Çinə, Çin Orta Asiyanın üstündən keçib Cənubi Qafqazda hakimiyyəti zəbt etmiş heç bir avtoritar rejimə hakimiyyətlərinin vaxtını uzatmağa kömək edə bilməz.
Bunu tezləşdirmək üçün xalqımız ayaqda olmalı və siyasi proseslərə qoşulmalı. Keçən hər gün ömrümüzdən keçir.
Məsələn, xalq müxalifətə kömək etsə, dəyişiklik sabah da bir ilədə ola bilər, etməsə 5 ilə olar.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir