Mirzə Ələkbər Sabirin övladları- oğlu Məmmədsəlim Tahirli və qızı Səriyyə xanım atalarının məzarı başında.
Səriyyə xanım atasının son günlərini belə xatırlayır: “Evimizdə olan əşyalar satılıb qurtarmışdı. Dəllal atamın kitablarını götürüb satmaq istəyirdi. “Camaat Nizaminin “Xəmsə”sini istəyir” – deyə götürdüyü bir kitabı atama göstərdi. Atam isə Seyid Əzim Şirvaninin ona bağışladığı “Xəmsə” kitabını əlinə götürüb baxdı və dedi:
– Sabir çörəksiz yaşayar, amma Nizamisiz yaşaya bilməz.
MUASIRMEDIA.AZ
MƏCID RƏŞADƏTOĞLU
