Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda Günəşli kənd 1 və 2 nömrəli tam orta məktəblərinin şagirdləri ilə maarifləndirici görüş keçirilib.
Çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Polad Qarayev “ağ ölüm”ün səbəb olduğu dəhşətli nəticələrdən, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan qətiyyətli mübarizədən danışıb, narkomaniyanın qarşısının alınması istiqamətində həyata keçirilən maarıfləndirmə tədbirlərinə diqqətin daha da artırılmasının vacibliyini vurğulayıb.


MUASİRMEDİA.AZ