BÜTÖV AZIRBAYCANIN SABİRİ -FOTO

Cəmiyyət
EY QÜRBƏTİN DAĞLARI.
Dünyanın hər yerində üz tutduğum dağlardı,
Çayıyla, bulağıyla ilhamımdı… çağlardı,
Dağ olmasa kim məni bu yadlıqda saxlardı
Yolları, cığırları, izləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Qürbət dedim, küsmədi… Bura da öz elimiz,
«Göy” adında göyləri – imanımız dinimiz.
Bu ad muzeylərində dipdiridir dilimiz
Tarix etibarında sözləri xoş görmüşük,
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Mənə açdı qəlbini, yabançı gəlsə laldı,
Bu qədər uzaqlıqda bu doğmalıq xəyaldı,
Yollar çəkib aparır, qoy aparsın halaldı
Qayalar pəncəsində düzləri xoş görmüşük,
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Zirvələrin hər biri – tarixin bir parçası,
Hansına əl uzatsam mənə ürək açası,
Salam, Tanrı dağında buz olmaqdan qaçan su,
Bulaq-bulaq çağlayan gözləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Oyan, ey türkün oğlu, gör sərhəddin hardadı,
Bir ucalıq dünyan var zirvələri qardadı,
Təkcə qardaşların yox, dağların da dardadır,
Milyon sirrin açarı gözləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Nə əbədi dözümdü, nə müqəddəs ucalıq,
Saç bu sayaq ağara, belə gələ qocalıq
Öz dilində danışsan pıçıltın da ucalar
Hər qayadan, hər daşdan səs gələr: „xoş görmüşük!“

Ey qürbətin dağları, sizləri xoş görmüşük!

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir