– “Bu kimdir?” sualı səhvdir. “Bu nədir?” demək lazım idi!

Dünya
Sovet vaxtı yəhudi əsilli bir rusiyalı İsrailə köçmə icazəsini alır. Çıxışda ruslar bunun baqajını yoxlayarkən paltarlarının arasında Leninin büstünü tapırlar:
– Bu nədir?
Yəhudi: – “Bu nədir?” sualı səhvdir, yoldaş! “Bu kimdir?” deməniz lazım idi! Bu Lenindir, sosializmin təməlini quran, sovet xalqına yaxşılıqlar edəndir. Mən də bunu bərəkətli günlərin xatirəsi olaraq özümlə götürdüm.
Təsirlənmiş rus məmuru:
-Yaxşı, keçə bilərsiniz!
Tel-Aviv hava limanında gömrük məmuru büstü görür və soruşur:
– Bu nədir?
Yəhudi:
– “Bu nədir?” sualı səhvdir! “Bu kimdir?” deməniz lazım idi! Bu Lenindir. Bu dəli caninin əlindən o boyda SSRİ-ni tərk etmək məcburiyyətində qaldım! Özümlə götürdüm ki, hər gün ona baxıb lənət oxuyum!
Təsirlənmiş İsrailli məmur:
– Yaxşı, keçə bilərsiniz!
Yəhudi evinə gəlir, büstü bufetin üstünə qoyur, gəlişi münasibətilə də qohumlarını dəvət edir.
Qonaqlardan biri soruşur:
– Bu kimdir?
Yəhudi:
– “Bu kimdir?” sualı səhvdir. “Bu nədir?” demək lazım idi! Bu 10 kiloqram, iyirmi dörd əyar qızıl, vergisiz, gömrüksüz, üstəlik ƏDV-siz!
Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir