Yaz-yay aylarında əkinçiliklə məşğul olan Aşıq Talıb, payız-qış fəslində toy və el şənliklərində -OLURMUŞ

Tarix
Aşıq Talıb 1877-ci ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya gəlib. O, aşıqlıq sənətinin sirlərini atasından – böyük ustad Aşıq Ələsgərdən öyrənmişdi. Yaz-yay aylarında əkinçiliklə məşğul olan Aşıq Talıb, payız-qış fəslində toy və el şənliklərində sazı və sözü ilə çıxış edərək ömrünü şərəflə yaşamışdı…
Klassik və müasir aşıq sənətinə dərindən bələd olan Aşıq Talıb Göyçə aşıqları arasında böyük nüfuz qazanmış, xüsusilə atasının yaradıcılığını qoruyub yaşadan canlı yaddaş – sinədəftər kimi tanınmışdır. XX əsr Göyçə aşıq sənətinin inkişafında onun rolu böyük olmuş, həmin dövrün bir çox sənət uğurları Aşıq Talıbın iştirakı və ya xeyir-duası ilə baş tutmuşdur. Yaşadığı mühit, el-obanın ona bəxş etdiyi ruh, onu ustad aşıqlar zirvəsinə yüksəltmişdir:
Eşidin sözümü, arif olanlar,
Bu dünya fanidir, fani deyim mən.
Beş gün dəm eyləyən, on gün qəm eylər,
Belə qurub kərəmkanı, deyim mən.
Məğribdən məşriqə tutan dünyanı,
Gündən xərac alan İsgəndər hanı?!
Neçə danəndənin boşdu meydanı,
Neçə-neçə Süleymanı deyim mən.
Mən Talıbam, hərzə-hədyan bilmənəm,
Dərd əlindən dəqiqəsi il mənəm.
Ölənədək ağlayaram, gülmənəm,
Görməyincə ol İmanı, deyim mən.
Aşıq Talıb 21 may 1979-cu ildə, 102 yaşında doğulduğu kənddə – Ağkilsədə dünyasını dəyişmişdir. Onun atası Aşıq Ələsgər də uzunömürlü olmuşdu. Yazılanlara görə Aşıq Ələsgər 105 il ömür sürüb…
Kitabı: “Könlüm Vətən arzular”
İstinad: “Sazlı-sözlü Göyçə” (II kitab), Elm və Təhsil Nəşriyyatı, 2018.
1 kişi görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir