Rusiya vətəndaşı Esmira Məlik qızı Rəhmanova Bakıya gələrkən təyyarədə ölüb.
MUASİRMEDİA.AZ xəbər verir ki, azərbaycanlının Surqut-Bakı aviareysini həyata keçirən təyyarədə halı pisləşib və dünyasını dəyişib.Onun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.