Mayın 23-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci Görüşü keçirilib-FOTO

ölkə
Mayın 23-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci Görüşü keçirilib.
Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci Görüşünün iştirakçılarından ibarət nümayəndə heyəti Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.
Sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəsini simvolizə edən Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını ifadə ediblər.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir