Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub-FOTOLAR

Mədəniyyət
Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 24-də ölkəmizdə səfərdə olan Gürcüstanın mədəniyyət naziri xanım Tinatin Ruxadze ilə görüşüb.
Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı, Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.
Xanım Tinatin Ruxadze Azərbaycanla mədəni əməkdaşlığa önəm verdiklərini deyib, beynəlxalq mədəniyyət layihələrində birgə iştirakın bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir