Elyəddin 44 günlük İkinci Vətən Müharibəsində də könüllü olaraq, iştirak edib.
Müharibənin 4-cü günündə, 2020-ci ilin sentyabr ayının 30-da Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini 20 gün sonra əldə etmək mümkün olub və oktyabr ayının 20-də nəşi Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Elyəddin həm də subay olub.
O, eyni zamanda, Naftalan şəhərinin dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 30 yaşı mübarək olsun!
Nur içində yatsın!











MUASİRMEDİA.AZ
GÜLƏR AMİN