sovet rəhbərliyinə “qarşı gələn” ədibə qarşı sui-qəsd təşkil olunmuşdu

Tarix
Bu gün görkəmli Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ictimai xadim Şıxəli Qurbanovun (1925–1967) anım günüdür. Hər zaman milli düşüncələrini açıq şəkildə dilə gətirən bu dəyərli şəxsiyyət ilk dəfə olaraq Novruz bayramının dövlət səviyyəsində təşkilinə və keçirilməsinə nail olmuşdur. Bu hadisədən sonra ədib təqib edilir, izahat yazması tələb olunur. Bir sıra dəyərli əsərlər müəllifi olan Şıxəli Qurbanovun ölümü bugünədək müəmmalı olaraq qalır. “Sənsiz” pyesinin məşqləri zamanı “Sənsiz”i mənsiz məşq edin, bir azdan gəlirəm” – söyləyərək diş həkiminə yollanan Şıxəli Qurbanovun həkimin vurduğu iynədən dünyasını dəyişdiyi bildirilir. İddialara görə, o zamanlar “irəli gedən”, sovet rəhbərliyinə “qarşı gələn” ədibə qarşı sui-qəsd təşkil olunmuşdu.
Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir