Cənnətdəki doğum günün mübarək ŞƏHİDİM!
Vətən müharibəsində canından keçən Azərbaycanın qəhrəman oğlu, Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyev Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
O, yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhadət zirvəsinə yüksəlib.
O, göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub.Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ailəli idi. 2 oğlu yadigar qalıb.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun İNŞALLAH. MUASİRMEDİA.AZ