İlyas Əfəndiyev 26 may 1914-cü ildə Füzulidə dünyaya göz açmışdır. Onun “İntizar”(Mehdi Hüseynlə birgə yazmışdır),”İşıqlı yollar”,”Bahar suları”,”Atayevlər ailəsi”,”Sən həmişə mənimləsən”,”Mahnı dağlarda qaldı”,”Bizim qəribə taleyimiz”,”Hökmdar və qızı” və sair pyesləri,”Yusif və Esfir”,”Xəncər”,”Mirzə İman”,”Körpüsalanlar”,”Söyüdlü arx” və s. əsərləri vardır.Onun bir çox əsərlərinin motivləri əsasında “Körpüsalanlar”,”Gözlə məni”,”Çarvadarların izi ilə”,”Bizi dağlarda axtarın”,”Hökmdarın taleyi” kimi filmlər çəkilmişdir.
Xalq yazıçısı İlyas Əfəndiyev fəaliyyəti dövründə bir çox sahələrdə irəli çəkildi, əsərləri, pyesləri tamaşaya qoyuldu, o cümlədən Azərbaycan SSR Xalq yazıçısı fəxri adına layiq görüldü, ancaq o, heç zaman ona bu uğurları yaşadan kommunist partiyasına üzv olmadı. “37”-nin məlum hadisələrində ailəsinin, demək olar ki, bütün başıpapaqlıları repressiyaya məruz qaldığı üçün yazıçı kommunist partiyasını, kommunizm ideologiyasını nifrətlə qarşılayırdı. İlyas Əfəndiyev sovet hakimiyyətinin ailəsinə vurduğu ağır yaraları nə zaman xatırlasa deyirmiş: “Ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar”
.İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə Bakıda vəfat etmişdir.
Allah Rəhmət Eləsin!Amin!
.İlyas Əfəndiyev 3 oktyabr 1996-cı ildə Bakıda vəfat etmişdir.
Allah Rəhmət Eləsin!Amin!
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN