Müxalifət lideri Tindu Lissunun mayın 19-da keçirilən məhkəməsini izləmək üçün qonşu ölkələrdən Tanzaniyaya səfər edən fəallar çətin günlər yaşadıqlarını deyirlər.
Jurnalist və vəkil Aqater Atuhayre Tanzaniya-Uqanda sərhədində günlərlə saxlanıldıqdan sonra qonşu ölkədə işgəncələrə və təcavüzə məruz qaldığını iddia edib.
Cümə axşamı gecəsi tapılan Atuhayre AFP və BBC-yə bildirib ki, mülki geyimli şəxslər onun gözlərini bağlayıb və “vəhşicəsinə” soyundurublar. Onlar dedilər ki, “Tanzaniyada baş verənlər Tanzaniyada qalır. Bizdə videolar var.” Onlar insanların cinsi istismara görə utanmasına öyrəşiblər, amma mən bu ağır cinayəti törətdiklərinə görə utanmalı olan biri deyiləm”.
Atuhayre, məcburi sünnət olunmaqla hədələnən keniyalı fəal Boniface Mvanqinin qışqırıqlarını eşitdiyini də bildirib.
Keniya sərhədi yaxınlığında olan Mvanqi X hesabında bu ifadələri paylaşıb: “Bizə işgəncə verdilər. Bizə dedilər ki, soyunub vanna qəbul edək. Biz yeriyə bilmirdik. Sürünərək qanımızı yumağımızı istədilər”.
Mvanqi və Atuhayrın ölkəyə daxil olmasına icazə verilsə də, onlar məhkəmədə iştirak edə bilməyiblər.
Şərqi Afrikadakı insan haqları qrupları araşdırmaya çağırıb, ABŞ Dövlət Departamentinin Afrika İşləri Bürosu isə iddialardan dərin narahat olduğunu bildirib.
İddiaları yayan BBC, Tanzaniya rəsmilərinin hələlik şərh vermədiyini bildirib.
2021-ci ildə ölkə lideri olmuş Samiya Suluhu Həsən bazar ertəsi qonşu ölkələrdən olan fəalların Tanzaniyada xaos yaratmasına və onun daxili işlərinə qarışmasına icazə verilməyəcəyini vurğulayıb.
Çərşənbə günü Nayrobi hökuməti Tanzaniyaya Mvanqiyə çata bilməməsinə görə rəsmi etiraz edib.
Keçən ay bəlli oldu ki, Tanzaniyanın əsas müxalifəti olan Demokratiya və İnkişaf Partiyası (Chadema) oktyabrda keçirilməsi planlaşdırılan seçkilərdə iştirak edə bilməyəcək.
Çademanın lideri Tundu Lissuya qarşı da dövlətə xəyanət işi açılıb, o, tələb olunan sənədi imzalamadığı üçün yarışması qadağan edilib.
“İslahat yox, seçki yox” şüarını işlədən 57 yaşlı siyasətçi həbsdə olarkən mühakimə olunur və bazar ertəsi məhkəmə qarşısına çıxarılıb. O, ölüm cəzası da daxil olmaqla cəzalarla üzləşsə də, mübarizəni davam etdirəcəyini açıqlayıb. Proses iyunun 2-dək təxirə s
.
MUASİRMEDİA.AZ