Sivasın (Türkiyə) Kardere kəndindəki açıq kömür mədənində partlayış baş verib.
Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Hadisə yerinə gələn xilasetmə qrupları həyatını itirən şəxsin cəsədini çıxarıb, yaralılar isə ilk yardımdan sonra xəstəxanaya yerləşdiriliblər.
Partlayışın baş vermə səbəbi araşdırılır.
MUASİRMEDİA.AZ