Naxçıvan-Şahbuz yolunda ağır qəza baş verib

Hadisə

Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, “VAZ 2103” markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

1967-ci il təvəllüdlü Əsgərova Nəzakət Əli qızı xəstəxanada vəfat edib. Xəsarət alan digər iki qadının isə xəstəxananın travmatologiya şöbəsində müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir