1918-1920-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətimizi 1991-ci ildə bərpa edib 28 may bayramını Xalqımıza yenidən qazandıran Azərbaycan Xalq Hərəkatının bütün iştirakçılarını, xüsusilə AXC üzvlərini, Milli Azadlıq fədailərini səmimi qəlbdən təbrik edirəm.Həyatlarını riskə atıb,zindanlarda yatıb, şəhidlik zirvəsinə ucalaraq Xalqın önündə gedib,Rus imperiyasına qarşı savaş açıb, Dövlət müstəqilliyimizi bərpa edən bacı və qardaşlarım, bu gün, daha çox sizin gününüzdür, bizim günümüzdür !
Allah müstəqilliyimiz yolunda şəhid olanlara rəhmət eləsin !
Allah müstəqilliyimizin bərpası və ərazi bütövlüyümüz uğrunda mücadilə verən Şəhidlərimizə rəhmət eləsin,Qazilərimizə can sağlığı uzun ömür versin !
Bayramımız mübarək olsun.
(Fotolar rəmzi xarakter daşıyır . 100 lərlə Xalq Hərəkatının öncülləri olmuş bacı və qardaşlarımız üzrlü saysınlar)


MUASİRMEDİA.AZ