Nəsib bəy ata tərəfdən Cavad xanın (babası Həşim bəy Cavad xanın vəziri Usubbəyin nəvəsi), ana tərəfdən isə Üzeyir bəyin (nənəsi Bəsirət xanım Üzeyir bəyin atası Əbdülhüseyn bəyin bibisi) nəslindən idi.
O, görkəmli dövlət xadimi, yazıçı-publisist Nəriman Nərimanovla tələbə yoldaşı olub. Yəni, hər ikisi eyni dövrdə ali təhsil alıb. Baxmayaraq ki, onlar fərqli – fərqli ixtisaslarda oxuyublar, Nərimanov tibb, Nəsib bəy isə hüquq təhsili alırdı, buna baxmayaraq onların arasında yaxşı dostluq münasibətləri olub. Hətta Nəsib bəyin gələcəkdə qayınatası olacaq İsmayıl bəy Qaspıralı ilə tanış olmasında Nəriman Nərimanovun böyük rolu olub. O, dostunu İsmayıl bəylə tanış edib və gələcəkdə qurulucaq mədəni bir ailənin təməlinin atılmasına vəsilə olub. Bu tanışlıqdan sonra İsmayıl bəylə Nəsib bəy arasında səmimi münasibət yaranır. O, İsmayıl bəyin qızı Şəfiqə xanımı görüb bəyənir və çox keçmir ki, Nəsib bəy bu xanımla ailə həyatı qurur. Lakin bu ailənin ömrü uzun olmur; bəzi səbəblərə, ailədaxili ziddiyətlərə görə Şəfiqə xanım Nəsib bəydən ayrılır. Şəfiqə xanım bu ayrılıqdan sonra evlənmir, lakin Nəsib bəy Yusifbəyli ailə həyatı qurur. Tədqiqatçı Akif Aşırlı yazır ki, Nəsib bəyin ikinci evliliyindən övladı olmur. Bu ailənin soy-kökü Nəsib bəyin Şəfiqə xanımdan olan övladları Niyazi və Zöhrənin üzərindən davam edir…

MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MƏCİD RƏŞADƏTOĞLU