Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri sonrası jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı mühüm məqamlara toxunub.
Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğan Zəngəzur dəhlizinin açılmasının Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcəyini vurğulayıb. O, İrandan bu addımlara dəstək gözlədiyini də dilə gətirib:
“Zəngəzur dəhlizi Azərbaycan üçün təkcə Naxçıvanla quru əlaqəsi deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu keçidin qısa müddətdə açılması həm də Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək. Qonşumuz İrandan da sülhə, əmin-amanlığa xidmət edəcək bu addımların dəstəklənməsini gözləyirik. Atılan hər addım, açılan hər qapı həm iqtisadi qazanc verəcək, həm də zamanla ölkələri daha da yaxınlaşdıracaq”.

GÜLƏR AMİN