Gənc yaşlarında ailə quran Nəsibə xanımın həyat yoldaşı İkinci Dünya müharibəsində həlak olur

Tarix
Uzun illər sonra – 38 yaşında o, ikinci dəfə ailə həyatı qurur. Bu dəfə həyat yoldaşı ondan 11 yaş balaca olur. Əvvəlcə yaş fərqinə görə Nəsibə xanım bu izdivaca razı olmur. Lakin zamanla aralarındakı münasibət istiləşir və nikah baş tutur.
Nəsibə xanımın ikinci həyat yoldaşı musiqiçi idi. Tamaşalardan sonra onu qarşılayar, evə gətirərdi. Hər zaman qayğısına qalırdı. Nəsibə xanım xatirələrində belə deyirdi: “Ailəmiz qarşılıqlı inam üzərində qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi bir ailəmiz var idi. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitməmişdim. Atamı tez itirməyim, anamı çox üzmüşdü. O qədər qapanmışdı ki, ağzından isti söz eşitmək mümkün deyildi. Nə gözəl söz eşitmişəmsə, yoldaşımdan eşitmişəm. Allah onu da məndən tez aldı. Onu itirdikdən sonra nəinki xoş günlərimi, hətta əvvəlki pis günlərimi də xatırlamağa vaxt tapdım.”
Nəsibə Zeynalovanın anası Hüsniyyə xanımla atası Cahangir Zeynalovun arasında 25 yaş fərq var idi. Onlar 12 il sonra övlad sahibi oldular. Kərbəlayi Cahangir əhd etmişdi ki, oğlu olsa, adını İmam Rzanın şərəfinə Rza, qız olsa, Nəsibə qoyacaq. Taleyi elə gətirdi ki, onun oğlu yox, qızı dünyaya gəldi. Yazırlar ki, Nəsibə Zeynalova doğulanda çox gümrah uşaq olub. O, 5 kiloqram çəkidə imiş. Uşağın çəkisi çox olduğuna görə həkimlər seçim qarşısında qalır: “Ya ana, ya da uşaq xilas ola bilər.” Amma xoşbəxtlikdən hər ikisi salamat qalır…
Nəsibə xanım “köynəkdə doğulmuşdu”. El arasında belə bir deyim var ki, əgər körpə dölün su kisəsi ilə (tibbi dildə buna plasenta deyilir) birlikdə dünyaya gəlirsə, ona köynəkdə doğulub deyilərmiş. Bu da xalq arasında uğurlu həyatın əlaməti sayılırdı. Nəsibə xanım da belə bir uğurlu başlanğıcla gəlmişdi dünyaya…
2 kişi ve yazı görseli olabilir
MUASIRMEDIA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir