Şərafət xanım Dağıstanlının işıqlı söz dünyasına bir baxış-FOTO, VİDEO

Mədəniyyət
Şərafət xanım Dağıstanlının işıqlı söz dünyasına bir baxış
29.05.2025.Ci il tarixində gözəl bir təqdimatda iştirak etdik .Dəyərli şair, gözəl insan Şərafət xanım Dağıstanlının yeni kitabı “Bağban, məni yaralama” oxucularla görüşdü.

Şərafət xanım adı gələndə adamın ürəyi isinir. Sözündə də, baxışında da, halında da bir doğmalıq var. O, sadəcə yazmır, yaşayır, yaşadır. Şeirlərində sevgi də var, ayrılıq da, vətən də, tanrı inamı da… Onun sətirləri oxunmur, hiss olunur.

Elə ona görə də bu kitab təkcə ədəbiyyat deyil, həm də könül məsələsidir.
O qədər böyük sənətkar onun sözlərini mahnıya çevirib, səsləndirib… Demək ki, onun sözü həm də musiqi ilə nəfəs alır, ürəklərə yol tapır.
Şərafət xanım özü də hər kəsə dəyər verən, heç kəsi unutmayan, sənət yoldaşlarının zəhmətini görən, onu uca tutan bir insandır. Ətrafında bu qədər doğma insanın toplaşması təsadüfi deyil, özü doğmadır, özü dəyərdir.
Bu dünyada sözə, səmimiyyətə inamımızı artıran belə insanlar var olsun deyirik. Və ürək dolusu təşəkkür edirik. Var olun, yaşayın, yazın!

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir