Partlayışda xəsarət alan ikinci qardaş da öldü

Hadisə
Neftçalada baş verən partlayışda xəsarət alan daha bir ailə üzvü ölüb.
MUASİRMEDİA.AZ xəbər verir ki, ötən gün Neftçalanın Xolqaraqaşlı kəndində yanğınla müşayiət olunan partlayışda xəsarət alan qardaşlardan ikincisi – 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu xəstəxanada vəfat edib.
Qeyd edək ki, dünən fərdi yaşayış evində baş verən hadisə zamanı 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir