Tanınmış müğənni vəfat etdi – FOTO

Şou-biznes
4 ildir xərçənglə mübarizə aparan Şimaldan acı xəbər gəlib. 39 yaşlı müğənninin dünyasını dəyişdiyi bildirilib.

Şimalın sosial şəbəkə hesabından edilən paylaşımda belə yazılıb:

“Şimal Gülen haqqın rəhmətinə qovuşmuşdur. Məzarı Kuşadasına aparılacaq. Halallıq üçün yer barədə məlumat veriləcək.”

Şimal 2021-ci ildə süd vəzi xərçəngi diaqnozu alaraq müalicəyə başlamış, uzun mübarizədən sonra xəstəliyə qalib gəldiyini açıqlamışdı.

Qeyd edək ki, 2024-cü ildə müntəzəm yoxlama üçün xəstəxanaya gedən Şimalin beynində şiş aşkarlanıb. 4 may tarixində halı pisləşən Şimal xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

  • MUASİRMEDİA.AZ TÜRKİYƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir