Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin attestasiya prosesinin növbəti mərhələsinə başlanılıb.
MUASİRMEDİA.AZ xəbər verir ki,29 və 30 may tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regional mədəniyyət idarələri üzrə musiqi və incəsənət məktəblərinin 200-ə yaxın xanəndəlik, kamança və qanun ixtisası üzrə müəllimi attestasiyadan keçirilib.

Xatırladırıq ki, əvvəlki mərhələdə qeyd olunan mədəniyyət idarələrinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin attestasiyası baş tutub. İyun ayı ərzində isə həmin məktəblərdə çalışan xalq çalğı, simli, nəfəsli və zərb alətləri, xor dirijorluğu və digər ixtisaslar üzrə pedaqoji kadrların attestasiyası keçiriləcək. Bu mərhələdə attestasiya prosesi ümumilikdə 1900 nəfərə yaxın müəllimi əhatə edəcək.
2026-cı ildə digər bölgələrdə fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyasının keçirilməsi nəzərdə tutulub.

MUASİRMEDİA.AZ