Azərbaycanın ilk rəsmi “Gözəllik kraliçası” 29-uz ildən sonra

Şou-biznes

Sosial şəbəkələrdə yayılan video böyük maraq yaradıb.

Nərminə Zərbəliyeva 1996-cı ildə Azərbaycanda keçirilən ilk milli gözəllik müsabiqəsi olan “Miss Bakı”nın qalibidir.

O, bu müsabiqənin qalibi olaraq, ölkənin ilk rəsmi “Gözəllik kraliçası” kimi tarixə düşüb.

Keçmiş model yarışmadan 29 il ötməsinə baxmayaraq, hələ də fiziki gözəlliyini qoruyub, saxlaya bilib. Zərbəliyeva əsl gözəlliyin qalıcı olduğunu hər kəsə göstərib.

Sosial şəbəkə izləyiciləri isə onu gözəlliyi dillərə “dastan” olan, dünya şöhrətli aktrisa Monika Beluççiyə bənzədiblər.

Qeyd edək ki, “Gözəllik kraliça”mız heç bir estetik və plastik əməliyyat keçirmədiyini bildirib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir