İstanbula gələn ruslar nə ilə gələcəklər xəbərsizik – Zelenski

Dünya

Hazırkı vaxta olan məlumata görə, rusiyalıların İstanbula hansı gündəliklə gələcəyi barədə dəqiq informasiya yoxdur. Bizdə, Türkiyədə, ABŞ-da məlumat yoxdur, digər tərəfdaşlarda da yoxdur. Və hələlik bu, o qədər də ciddi görünmür.

Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində bildirib.

O əlavə edib ki, bu məsələni dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

Zelenskinin sözlərinə görə, Ukrayna hakimiyyəti Avropa tərəfdaşları və ABŞ-la birlikdə yeni diplomatik addımlara hazırlaşır.

Qeyd edək ki, İstanbulda danışıqlar iyunun 2-də keçiriləcək.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir