Polşadakı Prezident seçkilərində YENİDƏN SEÇİLDİ

Dünya

Ötən gün Polşada prezident seçkilərinin ikinci turu keçirilib.

Xarici KİV-i xəbər verir ki, seçkilərdə “Hüquq və ədalət” partiyasının namizədi Karol Navroçki 50,9 faiz səs toplayaraq qalib gəlib.

Bildirilib ki, bunu Respublika Dövlət Seçki Komissiyasının bülletenlərin 100%-nin emalından əldə edilən məlumatlar da sübut edir.

Hakim Vətəndaş Koalisiyasının namizədi və Varşava meri Rafal Tşaskovski isə 49,1% səs toplayıb.

Polşa Mərkəzi Seçki Komissiyasının internet saytında dərc olunan məlumatlara görə, keçirilən prezident seçkilərində ikinci turda seçicilərin fəallığı rekord sayda – 71,63% təşkil edib. Seçici fəallığı üzrə əvvəlki rekord 1995-ci ildə (68,23%) qeydə alınıb.

Qeyd edək ki, Andjey Duda 2015-ci ildə Polşanın dövlət başçısı seçilmişdi.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir