ABŞ müdafiə naziri (Pentaqon) Pit Heqset Çinin 2027-ci ildə Tayvanı ilhaq edəcəyi ilə bağlı proqnozlarını təkrarlayıb.
Heqset Çinin 2027-ci ilə qədər Tayvanı “işğal etməyi” planlaşdırdığını bildirib.
O əlavə edib ki, ilhaq cəhdi Hind-Sakit okean regionu və bütün dünya üçün dağıdıcı nəticələrə səbəb ola bilər.
“Biz bilirik ki, Çin prezidenti öz ordusuna 2027-ci ilə qədər Tayvanı işğal etməyə hazırlaşmağı əmr edib. Çin Xalq Azadlıq Ordusu bunu etmək üçün lazım olan imkanları inanılmaz sürətlə qurur”, deyərək o, müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırıb.
Heqsetin çıxışında bu ifadələr yer alıb: “ABŞ müharibə istəmir. Biz Çinə hökmranlıq etməyə və ya boğmağa çalışmırıq. Biz Çini alçaltmağa çalışmırıq. Rejim dəyişikliyi axtarmırıq. Biz sülh axtarırıq. Ancaq Çinin bizə, müttəfiqlərimizə və tərəfdaşlarımıza hökm etməməsini təmin etməliyik”.
Heqset həmçinin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp gələn il 1 trilyon dollardan çox xərcləmə planları ilə ABŞ ordusunu daha da gücləndirəcək.
MUASİRMEDİA.AZ