3 iyun 2025-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz rayonu üzrə gənclər və idman sektoru, Xaçmaz rayonu üzrə təhsil sektoru və Xaçmaz rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərində “3 iyun – Ümumdünya Velosiped Günü”nə həsr olunmuş veloyürüş keçirilmişdir.
Veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzindən start götürərək Zəfər parkına doğru hərəkət ediblər.
Veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzindən start götürərək Zəfər parkına doğru hərəkət ediblər.
Veloyürüşdə şəhər orta ümumtəhsil məktəblərinin 100 – ə qədər müəllim və şagird kontingenti iştirak etmişdir.
Şəhər sakinləri və qonaqlar veloyürüşü böyük maraqla izləmişlər.





MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN