Narkotikə YOX deyək!-Həps olunanlar var

ölkə
11 kiloqram narkotik, silah və bir məhv olmuş gələcək…
Sabunçu rayonunda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin daşınmasında və satışında iştirak edən iki şəxs saxlanılıb. Onların birgə yaşadıqları evdən:
 11 kiloqrama yaxın marixuana,
 Metamfetamin (psixotrop maddə),
 Elektron tərəzi,
 Və “Makarov” tapançası ilə silah-sursat aşkarlanıb.
 İlkin ifadələrə görə, narkotiklər və silah Astaradan gətirilib.
 Nəticə: Cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 DİN xəbərdarlıq edir:
Sosial şəbəkələrdə yüksək qazanc vədi ilə sizi cəlb etmək istəyənlərə inanmayın!
Bu yolda atılan bir addım — azadlığınızdan və həyatınızdan imtina etmək deməkdir.
📞 Şübhəli hallarla bağlı dərhal 102 zəng mərkəzinə məlumat verin.
 Narkotikə YOX deyək!

 MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir