Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarının ikinci raundu üçün İstanbula gələn Rusiya nümayəndə heyətini “axmaq” adlandırıb.
“X” səhifəsində danışıqların nəticələrindən yazan Zelenski müharibə əsirlərinin növbəti mübadiləsi barədə razılığa gəlindiyini bildirib.
Atəşkəs təklifi ilə bağlı isə, o deyib ki, ruslar yalnız 2-3 günlük, öz ölülərini cəbhə xəttindən yığmaq üçün atəşkəsə razıdır.
“Mən də deyirəm ki, axmaqlar, atəşkəs elə insanlar bəri başdan ölməsin deyədir. Düşüncə tərzini görürsünüz. Bunlar üçün atəşkəs müharibədə qısa fasilədir”, – Zelenski qeyd edib. MUASİRMEDİA.AZ