Tez sevilən və qısa zaman ərzində məşhurlaşan “Axrıncı aşırım” filmi

Tarix
Tamaşaçılar tərəfindən tez sevilən və qısa zaman ərzində məşhurlaşan “Axrıncı aşırım” filmi görkəmli sənətkar Adil İsgəndərovun müraciətinə əsasən çəkilib. Çoxsaylı oxucuların “Qarlı aşırım” romanına olan böyük marağını görən yazıçı Fərman Kərimzadə Adil müəllimin təklifini məmnunluqla qəbul edir və yazdığı əsər əsasında filmin ssenarisi üzərində işləyir. Filmin çəkilişləri görkəmli kinorejissor Kamil Rüstəmbəyova həvalə olunur. Aparıcı rollardan biri olan Vəli rolunu canlandıran Əməkdar artist Elxan Qasımov filmin uğurunu belə xarakterizə edir. “Müəllif və rejissor bizimlə münasibətdə heç vaxt qəliz, rəsmi frazalardan istifadə etmir, çox sadə, anlaşılan tərzdə nə etmək lazım olduğunu başa salırdı. Mən rəqqas olduğuma görə həmişə şux yeriyirdim. Bununla belə Kamil müəllim hər dəfə mənə Vəlinin şəxsiyyətini dolğun çatdırmağım üçün “daha da şux yeri, şəqqavətli dur” deyirdi. Mənsə “Kamil müəllim, bundan da şux..?” deyə soruşanda, cavabı bu olurdu ki, yaxşı, bəs mən necə edim ki, bu bəylərin seçmə insan olduğunu göstərim?”
Tez bir zamanda məşhurlaşan film 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında iştirak edir. Baş rol iştirakçılarından olan görkəmli aktyorlardan Adil İsgəndərova “ən yaxşı kişi obrazı”na görə II mükafat, Həsən Məmmədova isə “ən yaxşı kişi rolu”na görə mükafat verilir…
1 kişi ve sakal görseli olabilir
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir