Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışovun Şəhidlik zirvəsinə ucalmalarından 4 il ötür.
Onlar Vətən Müharibəsindən sonra Şəhid olan ilk jurnalist idilər. Onlar təkcə, öz həyat və fəaliyyətləri ilə yox, həm də Şəhadətləriylə dünyaya car çəkdilər. Dünya əgər bu səsə də susursa, bu hadisədə də erməniləri günahlandırmırsa, bu jurnalistləri Şəhid edən həm də onlar olur! Çünki, onlar bu hadisələrdə ermənistanın adının hallanmasını istəmirlər, ermənilərə simpatyaları var. Amma, biz bu simpatiyaya görə səssiz qalmaq istəmirik! Onlar hərbçi deyildilər, könüllü belə getməmişdilər, onlar öz ana yurdlarında çəkiliş aparırdılar. Buna bir ad vermək olar: erməni terrorunun daha bir nümunəsi!
Xatırladım ki, 2021-ci il iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhidlik zirvəsinə ucalmışdırlar.
ALLAH RƏHMƏT ELƏSİN!
MUASİRMEDİA.AZ