Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində Peşə Bayramı Təntənəli Qeyd Olundu.
Olundu 5 İyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizovun rəhbərliyi ilə kollektiv üzvləri bir sıra tədbirlər həyata keçirmişlər. Tədbirlər çərçivəsində ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə tər çiçəklər düzülmüşdür. Daha sonra ölkəmizin “Konstitusiya və suverenlik” ili çərçivəsində ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilmişdir. Aksiyadan sonra şəhidlərimizin əziz xatirəsi yad edilərək Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. Günün davamında idarənin inzibati binasında bayram münasibətilə tədbir təşkil edilmişdir. Tədbirdə çıxış edən idarə rəisi İlkin Əzizov meliorasiya və su təsərrüfatı sahəsində görülən işlərdən, bu sahənin strateji əhəmiyyətindən və əməkdaşların əzmli fəaliyyətindən bəhs etmişdir. Sonda səmərəli əmək fəaliyyətinə görə bir qrup əməkdaş Regional Su Meliorasiya Xidməti PHŞ-nin və Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin fəxri fərmanları və təşəkkürnamələri ilə təltif olunmuşdur.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİOĞLU
YAQUB MEHDİOĞLU