Ölkə ərazisində mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Hadisə
Ölkə ərazisində mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 Qaradağ rayonu – rayon ərazisində yerləşən ticarət mərkəzlərindən birində baş vermiş oğurluq hadisəsi ilə bağlı Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 42 yaşlı Z.Mayılov müəyyən edilərək saxlanılıb.
 Sumqayıt şəhəri – vətəndaşa məxsus “Mercedes” markalı avtomobildən 400 manat oğurlayan şəxs də polisin diqqətindən yayınmayıb.
 Nəsimi rayonu – bir şirkətin anbarından 720 manat pulun oğurlanması faktı üzrə araşdırma aparılıb və nəticədə bu iki hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 57 yaşlı Ə.Nəcəfov və 39 yaşlı F.Məmmədov saxlanılıblar.
 Hər üç fakt üzrə araşdırmalar davam etdirilir.
 Daxili İşlər Nazirliyi tərəfindən mülkiyyət toxunulmazlığına qarşı yönəlmiş cinayətlərin qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər qətiyyətlə davam etdirilir.

MUASIRMEDIA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir