Qurban bayramı günlərində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Post-patrul naryadlarının sayı artırılacaq, strateji və həyati obyektlərdə təhlükəsizlik tədbirləri ciddi nəzarətdə saxlanılacaq.
Xahiş edirik:
– Qurbanlıq heyvanların satışı və kəsimini yalnız icazəli yerlərdə həyata keçirin;
– Gigiyena və sanitariya qaydalarına əməl edin;
– İctimai yerlərdə qaydalara riayət edərək polis əməkdaşlarına dəstək olun.
Polis sizin rahatlığınız və təhlükəsizliyiniz üçün bayramda da fasiləsiz xidmət aparacaq.

Qurban bayramınız mübarək!
MUASİRMEDİA.AZ