Fridrix Merz ABŞ-a səfərdə prezident Donald Tramp ilə Ağ Evdə görüşüblər

Dünya
Almaniyanın yeni kansleri Fridrix Merz ABŞ-a səfərdə prezident Donald Tramp ilə Ağ Evdə görüşüblər.
Hər iki ölkə və Avropa İttifaqı ilə ABŞ arası münasibətlər barəsində müsbət danışıqlar olub. O cümlədən Ukraynada savaş, ona yardımlar barədə müəyyən fikirlər aparılıb.
Tramp Almaniya hökumətinin ordusunu xeyli, möhkəmləndirməsi və hərbi büdcənin təxmini iki dəfə yarım, yəni ÜDM-un 5 %-i həddinə (250 milyard) çatdrması qərarını alqışlayıb. F. Merz əlavə edib ki, Almaniya hərbi güc, potensialını Avropada və dünyada öncül siraya qaldıracaq.
Təsəvvür edirsinizmi? Almaniya o, 2-ci dünya savaşından sonra illərlə demək olar, hərbisiz idi. Və son onilliklərdə yalnız 50 mil.rd büdcə həddinə çatdırmışdı, camaatı deyirdi: çoxdur!. İndi, bu, Ukrayna müharibəsi başlanandan və Rusiya tərəfindən təhlükə görəndən sonra, tez bir zamanda bu həcmi 250 milyarda çatdırma qərarı verdi, Merz hökuməti. Və həmin Alman camaatı bu dəfə əksinə, bu artımı alqışladı və Merzin xalq arası reytinqi sıçrayışla yüksəlib.
Bütün Avropa Birliyi ölkələrində də, əvvəl hərb üçün xərcləri azalt deyən xalqlar, indi isə artıq, tələb edirlər ki, hərbini gücləndir. Və artıq, indi bütün Aİ dövlətləri sanki bu artım yarışındadır. Kimə sağol düşür? Rusiyaya, Putinə, Ukrayna basqınını edib, Avropanı ayıltmaqla. Və bir də Trampa. Avropaya: özün özünü qoru, deməklə.
Sözsüz ki, bu ayılma, gediş və iqtisadi imkanla Avropa Birliyi yaxın dövr, dünyada nahəng hərbi güc mərkəzinə çevrilər. ABŞ-dan da ayrı və ABŞ qədər də, hərbi-texniki güclü. Yaxın dövrdə 800 mlrd, hərbi büdcə (Rusiya 160 mlrd) gözlənilən Avropa Ukraynanı əldən verərmi ki? Avropanın, Ukraynanın gücü gətirər, Putini sülhə, barışığa!

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir