
2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Kubokuna daha bir ölkə vəsiqə qazanıb.
Asiya üzrə DÇ-2026-nın seçmə mərhələsində A qrupunda sona 1 tur qalmış Özbəkistan milli komandası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığması ilə 0:0 hesablı heç-heçə edib. Özbəklər 18 xalla tarixdə ilk dəfə Dünya Kubokunda iştirak hüququ qazanıblar.
Qeyd edək ki, 2026-cı il 11 iyun – 19 iyul arasında keçiriləcək dünya çempionatına qatılacaq seçmə komandaların 8-ə çatıb. Turnirdə ev sahibləri – ABŞ, Meksika və Kanada yığmaları birbaşa yarışda mübarizə aparacaqlar. Digər komandalar Yaponiya, Yeni Zelandiya, İran və Argentinadır.


MUASİRMEDİA.AZ