Azərbaycanda hər il Qurban bayramı bəzi işbazlar üçün də əsl “bayrama” çevrilir, qurbanlıq heyvanların qiymətini qaldırmaqla daha çox pul qazanmağa çalışırlar.
Məsələ ilə bağlı açıqlamasında ilahiyyatçı Tural İrfan bu cür insanlar sərt tənqid edib.
O qeyd edib ki, başqa ölkələrdə qurbanlıqda heyvanların qiyməti ucuzlaşdırılır: “Ancaq bu, Azərbaycanda əksinədir, bir sıra insanlar Qurban bayramını fürsət hesab edirlər ki, qiymətləri qaldırıb daha çox pul qazansınlar. Bunu da edən insanların özüdür. Qəssaba kimsə gəlib demir ki, qurban ətini baha sat, bunu özü edir. Yəni insanların əksəriyyəti Allaha, axirətə inanmadıqlarına görə savab qazanmağa yox, pul qazanmağa üstünlük verirlər. Mən belə deyərdim ki, bu, cəhənnəmi qazanmaqdır. Yəni bu, çox pis adətdir, cəmiyyət üçün, xalq üçün bir təhqirdir. Yəni bu adamların imanı, vicdanı yoxdur”.
T.İrfan Qurban bayramında hansı heyvanların kəsilməsi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, Qurban bayramında kəsilməsi uyğun olan heyvanlar var:
“Bunlar dəvə, camış, inək, qoyun və keçidir. Bunlar çoğrafiyalarına görə, yəni əraziyə görə kəsilir. Əsasən 6 aylığını keçmiş qoyunlar, yaş yarımı keçmiş dəvə, inək camış kəsilir. Kəsilən heyvanlar sağlam olmalıdır. Kəsilmiş qurban üç hissəyə bolünməlidir. Bir hissəni kəsən insanın öz ailəsi götürməlidir, bir hissəni qohumları və qonşuları, üçüncünü isə kasıblara, imkansız insanlara verilməlidir”.
MUASİRMEDİA.AZ