Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.




