Bakıda insanlar ən çox bu xəstəliklərdən ölür – Siyahı

Səhiyyə

Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında olan əsas xəstəliklərin adı açıqlanıb.

İlk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir.

2-ci yer qan dövranı sisteminin xəstəliklərinə (ürək-damar) aiddir.

İlk “3-lük”də sinir sisteminin xəstəlikləri də yer alır.

Ümumiyyətlə paytaxtda yaşayan insanların ölümünə səbəb olan əsas xəstəliklər belə sıralanıb:

1. Yenitörəmələr (xərçəng şişləri)

2. Qan dövranı sisteminin (ürək-damar) xəstəlikləri

3. Sinir sisteminin xəstəlikləri

4. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri

5. Həzm sisteminin xəstəlikləri

6. Tənəffüs sisteminin xəstəlikləri

7. Bəzi infeksion və parazitar xəstəliklər

8. Perinatal dövrdə meydana çıxan bəzi hallar

9. Sidik-cinsiyyət sisteminin xəstəlikləri

10. Klinik və laborator müayinələrdə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14172 ölüm halı qeydə alınıb. Rəsmi statistikaya görə, bir il ərzində Bakıda 15 minə yaxın ölüm halı baş verir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir