“Babək”i görkəmli ssenarist, Xalq artisti Həsən Seyidbəyli çəkməliymiş

Mədəniyyət
Yazırlar ki, Azərbaycan kino tarixinin ən sevilən filmlərindən biri olan “Babək”i görkəmli ssenarist, Xalq artisti Həsən Seyidbəyli çəkməliymiş.
Kino tədiqiqatçısı Nəriman Əbdürrəhmanlının sözlərinə görə, Həsən Seyidbəylinin “Babək”dən imtina etməsinin səbəblərindən biri filmin ssenarisini yazsan Ənvər Məmmədxanlı ilə aralarındakı fikir ayrılığı olub. Bundan başqa Mərkəzi Komitənin mədəniyyət şöbəsinin müdiri Azad Şərifov da imkan verməyib ki, Seyidbəyli ssenarinin strukturunu dəyişsin: “Həsən müəllim öz konsepsiyasını qoymağa, ssenarini dəyişdirməyə çalışıb. Ənvər Məmmədxanlının ssenarisi əslində tarixi faktlara söykənmirdi. Həsən Seyidbəyli Ziya Bünyadovu film istehsalata buraxılanda məsləhətçi kimi dəvət etmişdi. Ziya Bünyadov müsahibələrində deyir ki, mən çox çalışdım ki, ssenari müəyyən ərəb mənbələrinə söykənməsin, çünki onları çox saxtalaşdırıblar. Nəticədə Seyidbəyli filmdən imtina edib.
Seyidbəyli ssenaridə ilk epizodu dahiyanə işləmişdi: “İlk səhnə Babəkin uşaqlığından başlayır, zədrüştlüklə bağlı bayram keçirilir. Onda nə islam, nə xristianlıq dini qəbul edilmişdi. Bu zaman ərəblər hücuma keçərək vəhşilik törədir və Babək baş verən qəddarlıqların şahidi olur. Yəni ondan sonra o, Babək olur”. Sovetlər dönəmində də ərəbsevdalılarının saxtakarlığı, necə deyərlər, “işə” yarayıb. Kaş həmin filmi Həsən Seyidbəylinin yaradıcılığında izləyərdik…

MUASIRMEDIA.AZ
MƏCİD RƏŞADƏTOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir