Bu göyərçinlər də bir işə yaramadı -Dünya sülh gözləyir

Cəmiyyət
Keçmiş zamanlarda Şərqdə iki qüdrətli şah bir-biri ilə düşmənçilik edirmiş.
On beşillik əmin-amanlıqdan sonra onlar yenidən müharibə etməli olurlar. Vuruşmaya bir gün qalmış şahlardan biri anasından döyüş papağını gətirməyi xahiş edir. Ana gedir, lakin əliboş qayıdır və oğlundan da xahiş edir ki, papağa dəyməsin. Şah anasından səbəbini soruşduqda qadın deyir:
– Bala, sənin döyüş papağının içində indiyədək heç kimə ziyan vurmayan, dünyada ən dinc heyvan olan ağ göyərçin yuva qurub. özünün də iki ətcə balası var. Əgər bu günahsız balalara toxunsaq, ağ göyərçin bizdən küsüb gedər, yetim balaların ah-naləsi ölkəmizə dərd-bəla gətirər.
Bu sözləri eşidən şah papağa toxunmur, başıaçıq halda düşmən meydanına çıxır. Rəqib şah bunu gördükdə təəccüblənir və səbəbini soruşur. Dəbilqəsiz şah ona deyir:
– Mənim papağımda ağ göyərçin iki bala çıxarıb. Anam and verdi ki, balalara toxunmayım. Mən də onları narahat etməmək üçün papağa toxunmadım, ona görə də qarşına başıaçıq çıxdım.
Rəqib şah əvvəlcə buna inanmır, bunun əsl həqiqət olduğunu bildikdə isə öz rəqibinə barışıq, sülh təklif edir və beləliklə də qırğının, müharibənin qarşısı alınır. Həmin gündən də ağ göyərçin sülh rəmzi kimi, sülh quşu kimi tanınır.

güvercin görseli olabilir
MUASİRMEDİA.AZ
HİKMƏT CƏMİL OĞLU XUDUYEV
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir