Bu gün Vətən müharibəsi şəhidi İsmayılov Mirrəhim Mirmehdi oğlunun doğum günüdür.
Cənnətdəki doğum günün mübarək ŞƏHİDİM!
Şəhidimiz Mirrəhim İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı cəbhənin Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Mirrəhim İsmayılov Suqovuşan uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuş və Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
“Vətən uğrunda” medalı (ölümündən sonra)
“Cəsur döyüşçü” medalı (ölümündən sonra)
“Suqovuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN