Orban Rusiyaya qarşı sanksiyaları tənqid etdi: “Bu, Macarıstanı və bütövlükdə Avropanı sarsıdır”
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkəsi və bütün Avropa üçün dağıdıcı təsir göstərdiyini bildirib.
Bu barədə o, Fransanın LCI telekanalına müsahibəsində deyib.
O, həmçinin bildirib ki, Avropa İttifaqı üzv ölkələrin suverenliyinə təhlükə yaradır, lakin yaranmış böhranlarla mübarizə aparmaqda aciz qalır.
“Ukraynadakı münaqişənin həllində Aİ uğursuzluğa düçar olub, sanksiya siyasəti də iflasa uğrayıb”, – deyə Macarıstan hökumətinin başçısı qeyd edib.
MUASİRMEDİA.AZ
