Fransa Zəngəzurda konsulluq açdı

Siyasət

“Ermənistan bölgəyə kəşfiyyatçıları gətirməkdə davam edir. Əvvəl İran, sonra Rusiya, indi isə Fransa. İran 2022-ci ildə Qafanda konsulluq açılıb. Rusiya 2 ildən çoxdur bu arzudadır, amma istəyinə çata bilməyib”.
Bu məsələ ilə bağlı fikir İctimai TV-də yayımlanan “Yekun Xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, ümumiyyətlə, son illər Kremlin xəyalları ilə gerçəklər arasında böyük uçurum var:

“Məsələn, Rusiya Xankəndidə də konsulluq açmaq arzusunda idi, amma bu xəyalı da köpük oldu. Ermənistanda isə Fransa Rusiyanı qabaqladı. Bu həftə Gorusda Fransa konsulluğu açıldı. Qafan və Gorus Qərbi Azərbaycandır. Yəni Zəngəzur. Bu üç ölkənin niyə məhz bu ərazidə konsulluq açmaq niyyəti aydındır. Hər üçü bölgədəki təsirini qorumağa çalışır. Digər tərəfdən, İran və Fransa Zəngəzur dəhlizinə qarşı çıxır. Tehran və Paris bu dəhlizi Ermənistan ərazisinə təcavüz kimi qəbul edir.

Konsulluq açmaqla bir növ Ermənistanı qorumaq istəyir. Rusiya isə Cənubi Qafqazda azalan təsirini bərpa etməyə çalışır. Bəs bir addımlığımızda açılan Fransa konsulluğu Azərbaycan üçün hansı anlama gəlir? Bakı bundan narahat olmalıdırmı?”.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir