Əsgərimin bu gün 23 yaşı tamam olur-TƏBRİKLƏR

Cəmiyyət
Əsgərimin bu gün 23 yaşı tamam olur. Özü də məzuniyyətə gəlib. Bundan böyük xoşbəxtlik yoxdur.
Üstəgəl, hərbi xidmət üçün darıxmağı da məni sevindirib. Daha o geri qayıdanda özümə dərd etməyəcəm) Deyir, mülki həyat darıxdırıcıdır. Bu gedişlə, oğlum hərb adamı olacaq)
Səninlə qürur duyuram, Rəsulum. Qaçmadın, gizlənmədin, ” hərbi xidmətə getmək istəmirəm” deyə mızıldanmadın. Əksinə, dünən mənə deyir ki, mama, əsgər getməyənlərə nakam kimi baxıram) Deyirəm, bəlkə natamam demək istəyirsən, oğlum? Deyir, natamamla nakamı ayırd elə bilirəm) Nakam.
Heç nə demədim. Oğlumun güclü məntiqi var. Yəqin düşünür ki, Vətəndən kam almaq üçün insan mütləq əsgərlik çəkməlidir.
Ad günün mübarək, yavrum. Yaxşı ki, doğulmusan.

MUASİRMEDİA.AZ
Baş Redaktor
GÜLLƏR BƏHRƏMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir